ABŞ Türkiyə sərhədində hərbi baza qurur

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyanın şimalında hərbi baza quracaq.

SOSİUM.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı xəbər verib.

Məlumata görə, baza Suriyanın Türkiyə və İraqla sərhədinin yaxınlığında yerləşəcək. Artıq Əl-Həsəkə vilayətində hərbi bazanın inşasına başlanılıb.

Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində təxminən səkkiz hərbi baza qurub. Bunlardan ən böyüyü hazırda ABŞ ordusunun və kürdlərin nəzarətində olan neftlə zəngin ərazilərdə yerləşir.

Oxşar xəbərlər