Lalə Şövkətin silahdaşı qəfil vəfat etdi

Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyasına ağır itki üz verib. Partiya İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə bu gün qəflətən vəfat edib.

SOSİUM.az xəbər verir ki, bu barədə məlumatı Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib.

Elman Məmmədzadə Azərbaycan Liberal Partiyası yaranandfan onun sıralarına qatılıb, 1996-98-ci illərdə Sumqayıt şəhər şöbəsinin sədri, 1998-99-cu illərdə ALP İcraiyyə Komitəsinin sədr müavini, 1999-2007-ci illərdə partiyanın sədr müavini vəzifəsində çalışıb, 2007-ci ildən partiyanın İcraiyyə Komitəsinin sədridir.

“ALP-nin mərkəzi seçki qərargahının rəhbəri kimi parlament və prezident seçkilərində partiyanın nailiyyətlərində və özünü təsdiq etməsində misilsiz rol oynamışdır.

Bu müddət ərzində Elman Məmmədzadə partiya quruculuğuna və təşkilatlanmasına böyük məsuliyyətlə yanaşmış, yüksək təşkilatçılıq qabiliyyətini və geniş siyasi dünyagörüşünü nümayiş etdirmişdir.

Elman bəy onu tanıyan minlərlə insanın yaddaşında etibarlı, xoşqəlbli, səmimi, sadə, mübariz, dostluğa sadiq insan və güvənli silahdaş kimi qalacaq və heç zaman unudulmayacaq”,- Ə.Temirxan bildirib.

Allah rəhmət eləsin…

Oxşar xəbərlər