Bayramov və Lavrov Qarabağı müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

SOSİUM.az Rusiya XİN-nə istinadən xəbər verir ki, danışıq zamanı 11 yanvarda Moskvada Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü zamanı Qarabağla bağlı əldə olunmuş razılaşmanın icrası müzakirə edilib.

Xatırladaq ki, bu gün Sergey Lavrov Ermənistan XİN rəhbəri Ara Ayvazyanla da görüş keçirəcək.

Oxşar xəbərlər