Azay Quliyev seçiciləri onlayn qəbul etdi

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə  videogörüş keçirib.

SOSİUM.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər qanunsuz tikinti işlərinin qarşısının alınması, abadlıq-quruculuq işləri, kommunal, məşğulluq və əfv məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri müvafiq qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi deyilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin baş mütəxəssisi Ramil Qafarov iştirak edib.

Oxşar xəbərlər