“Xarici dairələr seçkidə aranı qatmaq istəyir”

“Rusiya parlament seçkilərinə xarici müdaxilə və ölkənin suverenliyinə hücumlara icazə verməyəcək”.

SOSİUM.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Bu seçkiləri xarici müdaxilə cəhdlərindən qorumalıyıq. Xalqımızın öz torpağının hakimi olmaq hüququna, Rusiyanın suverenliyinə hər hansı bir zərbə endirilməsinə icazə verməyəcəyik”,- deyə o əlavə edib.

Putin bütün parlament fraksiyalarının bu məsələyə ortaq yanaşmalar nümayiş etdirdiyini qeyd edib.

O, 2021-ci ildə Dövlət Dumasına seçkilərin rəqabət prinsipi əsasında aparılmalı olduğuna xüsusi vurğu edib.

“Hamımız seçkilərin açıq, dürüst, ləyaqətlə, yüksək rəqabət şəraitində keçirilməsində maraqlıyıq”,- deyə qeyd edən Putin bunun həm parlament partiyaları üçün, həm də Dövlət Dumasında təmsil olunmayan və seçkilərdə iştirak etməyi planlaşdıran qüvvələr üçün vacib olduğunu deyib.

Oxşar xəbərlər