Gürcüstanda hökumət başçısı o olacaq

Gürcüstanda Giorgi Qaxariyanın baş nazir postundan getməsi ilə bağlı gözlənilməz açıqlamasından sonra hakim “Gürcü arzusu” partiyasının üzvü İrakli Qaribaşvili hökumətə rəhbərlik edə bilər.

SOSİUM.az xəbər verir ki, Qaribaşvili 2019-cu ildən Gürcüstanın müdafiə naziri vəzifəsini tutur.

39 yaşlı Qaribaşvili ilk dəfə baş nazir postunu səkkiz il əvvəl tutub. Həmin vaxt, 2013-cü ildə o, Gürcüstanın ən gənc baş naziri və bütün Avropada ən cavan hökumət başçısı olub.

Oxşar xəbərlər