24 min insan Ali Məhkəməyə müraciət edib

2020-ci il ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 24 min  müraciət daxil olub.

SOSİUM.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.

O bildirib ki, müraciətlər müvafiq qaydada baxılıb və cavablandırılıb:

“Azərbaycanda koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci il mart ayından etibarən vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçilib. Ali Məhkəmənin sədri və müavinləri və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub”.

Oxşar xəbərlər