Ceyhun Osmanlı yeni vəzifədə təmsil olundu

Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) yanında İctimai Şura yaradılıb. Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir.

SOSİUM.az xəbər verir ki, 19 “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə sədr müavini seçilib.

Milli Məclisin sabiq deputatı, Azərbaycan Könüllülər İctimai Birliyinin yaradıcısı Ceyhun Osmanlı da İctimai Şuranın üzvləri arasında yer alıb.

Oxşar xəbərlər