Bakı-Sumqayıt yolunun təmiri başa çatacaq

Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

SOSİUM.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu gün artıq “20 Yanvar” dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb:

“Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək”.

Oxşar xəbərlər