Deputat Novxanı sakinləri ilə görüş keçirdi

Milli Məclisin deputatı Şahin Seyidzadə Novxanı kənd sakinləri ilə fərdi formada səyyar vətəndaş qəbulu keçirib.

SOSİUM.az xəbər verir ki, 24 fevral tarixində Abşeron rayonu Novxanı kənd Bələdiyyəsinin inzibati binasında baş tutan qəbulda 9 vətəndaş iştirak edib.

Qəbulda Novxanı kəndinin S. Əsgərova küçəsinin sakinləri tərəfindən sözügedən küçədə qaz və içməli su təminatı, həmçinin digər sakinlər tərəfindən sosial təminat, hüquq, sağlamlıq və məşğulluq kimi sahələrlə bağlı müraciətlər səsləndirib.

Oxşar xəbərlər