Ağdamda qardaş öz qardaşını bıçaqlayıb

Ağdamda qardaş qardaşı bıçaqlayıb.

SOSİUM.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu aldığı bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin dindirmə zamanı yaralı ailə münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər