Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin (QMƏVŞİB) Tovuz rayon şöbəsibinin sədri Əli Əliyev və bir qrup şəhid ailəsi üzvü ilə Milli Məclisdə görüşüb.

SOSİUM.az xəbər verir ki, Q.Paşayeva şəhid ailələrinin hər kəs üçün doğma olduğunu deyərək, ürək sözlərini bölüşüb:

“Sizin kədəriniz kədərimiz, sevinciniz sevincimizdir, qayğınız qayğımızdır. Vətənimiz, dövlətimiz, xalqımız üçün öz canını fəda edən oğullar böyüdən hər ailə əzizimizdir”.

Q.Paşayeva Tovuzda 2020-ci ilin İyul Döyüşləri və 44 günlük Vətən Müharibəsi dövründə əhalinin doğru bilgiləndirilməsində iştirak edən, yerli dövlət orqanları ilə, şəhid ailələri, yaralı qazilərlə sıx təmasda olan və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində öz töhfələri ilə seçilən QMƏVŞİB Tovuz rayon şöbəsinə, ümumən Tovuz rayon veteranlarına öz təşəkkürünü bildirib.

QMƏVŞİB Tovuz rayon şöbəsibinin sədri Əli Əliyev müharibə Tovuzdan seçilmiş Millət vəkili və Komitə sədri olaraq Q.Paşayevanın şəhid ailələri, yaralı qazilərlə apardığı işə vurğu edərək, ona “Təşəkkürnamə” təqdim edib.

Komitə sədri “Təşəkkürnamə”yə görə minnətdarlığını bildirərək, “Vətənə xidmət hər birimizin müqəddəs borcudur. Şəhid ailələrinə, yaralı qazilərə diqqət-qayğının ən yaxşı örnəjklərini ali dövlət rəhbərliyimiz yaradıb, bizlər də o örnəkləri özümüzçün rəhbər tuturuq.

Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə can sağlığı diləyirəm. Xahiş edirəm, bizim salamlarımızı QMƏVŞİB Tovuz rayon şöbəsibinin bütün üzvlərinə çatdırasız” deyib.

Oxşar xəbərlər