“Hərbi çevriliş yolu ilə inqilab olsa…”

Politoloq Şahin Cəfərli Ermənistanda baş verə biləcək hərbi çevriliş cəhdini şərh edib.

SOSİUM.az xəbər verir ki, bu barədə feysbukda yazan Ş. Cəfərli qeyd edib ki, Baş Qərargahın Baş Naziri istefaya çağırmasından sonra Paşinyan da xalqı meydana səslədi:

“Belə görünür ki, Paşinyanın “İsgəndər” raket kompleksini aşağılayan sözləri Rusiyanın səbir kasasını dolduran son damla olub. Bəri başdan qeyd edək ki, çevrilişin baş tutması və Moskvaya bağlı radikal millətçi, faşist qüvvələrin hakimiyyətə qayıtması bizim maraqlarımıza tamamilə ziddir”.

Qeyd edək kitab, Ermənistanın Baş Qərargah rəisi Onik Gasparyan, müavinləri, şöbə müdirləri və bütün hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan açıqlamada Baş Qərargahın uzaqgörən və əsassız addımlara, xüsusən də Baş Qərargah rəisinin birinci müavininin vəzifədən çıxarılmasına qarşı kəskin etiraz ifadə edilib. Bu səbəbdən Baş Nazir Nikol Paşinyanın istefası tələb edilir.

Paşinyan isə Baş Qərargahın bəyanatından sonra bütün tərəfdarlarını Respublika Meydanına dəvət edib. O, bəyanatı hərbi çevriliş cəhdi kimi qiymətləndirib.

Oxşar xəbərlər