“Qələbəmiz onların ruhunu şad edir”

Xocalı soyqırımı Ermənistan-Azərbaycan münaqişəsində ən faciəli gündür.

SOSİUM.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu təhsil ocağında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, builki anım mərasimi fərqlidir, çünki Azərbaycan qalib ölkə kimi Xocalı soyqırımını yad edir.

“Cənab Prezidentin rəhbərliyi altında qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad edib. Bizim qələbəmiz Xocalı qurbanlarının da ruhunu şad edir”, – deyə H.Paşayev əlavə edib.

Oxşar xəbərlər