“İrəvan Bakının diqtəsini qəbul edir”

“Ermənistanın siyasi rəhbərliyi artıq başa düşür ki, Bakının diqtəsi ilə oturub-durmaqdan başqa çıxış yolu qalmayıb. İndi Nikol Paşinyan və onun komandası Naxçıvana dəhliz və 10 noyabr bəyannaməsindən irəli gələn digər məsələlərdə Azərbaycan tərəfinin şərtlərini qəbul etməkdən başqa alternativ çıxış yollarının olmadığını dərk edirlər”.

SOSİUM.az xəbər verir ki,bunu politoloq, sabiq millət vəkili Sona Əliyeva deyib. Politoloqun sözlərinə görə, ən qısa zamanda Naxçıvana dəhliz açılacaq. Ekspertin fikrincə, Ermənistan blokadadan çıxmaq istəyirsə, Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməlidir:

“İlk növbədə Ermənistan Azərbaycana və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir. Bir daha ərazi iddiaları ilə bağlı qıcıqlandırıcı bəyanatlar verməməlidir. Bundan başqa, Qarabağ və sərhədyanı bölgələrdə təxribat-diversiya hərəkətlərindən çəkinməlidir. Bunlar baş verərsə, o zaman Ermənistan düşdüyü çətin durumdan çıxa biləcək. Əks halda, ölkəmizin başçısının dediyi kimi, dəmir yumruğumuz yerindədir. Bu isə Ermənistanın de-fakto məhvi olacaq. Erməni xalqı və rəhbərliyi anlamalıdır ki, mehriban qonşuluq siyasətindən başqa onların çıxış yolu yoxdur. Revanşistlər, xəstə təfəkkürlü məxluqlar isə Ermənistanın siyasi səhnəsindən gec-tez silinib getməlidir. Bunu erməni xalqı etməlidir. Övladlarının ölməyini istəməyən analar onlara qarşı çıxmalıdır”.

Oxşar xəbərlər