İlon Mask Texasda yeni şəhər salır

Amerikalı təşəbbüskar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər salacağını deyib.

SOSİUM.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb: “Texasda Starbeys şəhərini yaradıram”.

Bu şəhərin ərazisinin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çikadan xeyli böyük olacağı məlumdur. Bundan əlavə, Starbeysdə itlərə “çox” yaxşı davranılacağı qeyd edilir.

Qeyd edək ki, Mask 2020-ci ilin sonunda Kaliforniyadan Texasa köçüb.

Oxşar xəbərlər