İcra başçısı Ziya Məmmədova vəzifə verdi

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

SOSİUM.az unikal.org-a istinadən bildirir ki, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı təyin edilib.

İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Oxşar xəbərlər