Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı başlayıb.
SOSİUM.az xəbər verir ki, bu partiyanın VII qurultayıdır.
Qurultay saat 10.00-da öz işinə başlayıb. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.