Roma Papası İraqda səfərdə olacaq

Tarixdə ilk dəfə olaraq katolik kilsələrinin lideri, Papa Françesko bu gün İraqa gedir. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, üç gün davam edəcək səfər “Hamımız qardaşıq” şüarı altında keçirilir.

SOSİUM.az xəbər verir ki, bu günə qədər heç bir Roma Papası İraqa səfər etməyib.

Papanın İraq ziyarəti 2013-cü ildə vəzifəyə gəldikdən sonra 33-cü xarici səfəri və koronavirus məhdudiyyətləri səbəbi ilə 15 ayda ilk xarici səfəridir.

Vatikanın İraq səfəri ilə bağlı hazırladığı sənədlərdə və açıqlamalarda İraqın “üç tanrı dininin atası İbrahimin yurdu” olduğu tez-tez vurğulanır. Bu səfərdə Papanın bu dinlərin ortaq bir ailəyə mənsub olduğu və bütün inananların qardaş olduqları mesajını verməsi gözlənilir.

Beləliklə, Papanın İraq səfəri xristianlar və müsəlmanlar arasında dinlərarası dialoqu artırmaq səylərinin davamı kimi görülür.

Papanın İraqdakı ən çox maraqla gözlənilən görüşü isə şiə lideri ayətullah Əli Sistani ilə baş tutacaq görüşüdür.

Oxşar xəbərlər