ÜST COVID-19 statistikasını açıqlayıb

Dünyada son sutka ərzində 425 675 nəfər koronavirusa yoluxub, 9 561 nəfər ölüb.

SOSİUM.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 115 289 961 yoluxma hadisəsi, 2 564 560 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (178 102) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 607) ilə Cənub-Şərqi Asiya (35 508) bölüşür.

Oxşar xəbərlər