Vüqar Oruc: “Birləşmək qərarı birdən-birə olmadı”

“Yeni Azərbaycan Pariyasına (YAP) birləşməklə bağlı qərarın verilməsi birdən-birə olmadı. Bunu üçün müəyyən vaxt lazım idi. Bildiyiniz kimi mən həm də iqtisadçı-ekspert kimi fəaliyyət göstərirəm, Azərbaycan Qiymətləndirmələr Cəmiyyətinin sədr müaviniyəm. Mən bütün çıxışlarımda dövlətçilik maraqlarını dəstəkləyirdim”.

SOSİUM.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Qurtuluş Partiyasının nümayəndəsi Vüqar Oruc təmsil etdiyi partiyanın Yeni Azərbaycan Partiyasına birləşdirilməsiqərarı ilə bağlı danışarkən deyib.

V.Oruc qeyd edib ki, son dövrlər Prezident İlham Əliyevin yürütdüyü siyasət bu mövqeyi daha da möhkəmləndirib:

“Bu siyasətin tərkib hissəsi olan kadr dəyişiklikləri, korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə, habelə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi fonunda uğurlu Qarabağ siyasəti bizim məramımızla üst-üstə düşürdü. Qərara gəldik ki, YAP bu siyasəti yürüdürsə, onun rəhbəri olan, Prezident İlham Əliyevin prinsipləri bizim prinsiplərlə üst-üstə düşürsə, niyə bir partiya çatısı altında birləşməyək. Bura qədər hansı milli maraqlardan çıxış etmişiksə, bunda sonra da yalnız birliyə, həmrəyliyə, ölkəmizin inkişafı naminə xidmət göstərəcəyik”.

V.Oruc qeyd edib ki, bundan sonra YAP təmsilçisi olaraq fəaliyyət göstərəcək, çünki Milli Qurtuluş Partiyası ləğv edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında 6 partiya- Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyasıhakim partiyaya birləşib.

Oxşar xəbərlər