Keçmiş nazirin həbs olunması xəbəri təsdiqləndi

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edildiyini təsdiqləyib.

SOSİUM.az xəbər verir ki, Ə.Əhmədovun təqsirləndirildiyi cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının prokurorluğunda hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, Əhməd Əhmədovun mənimsəmədə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.

Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Oxşar xəbərlər