Paytaxtda dəhşət: 2 qız özünü binadan atdı

Bakıda dəhşətli hadisə baş verib.

SOSİUM.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, doqquzmərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda ölənlərin kimliyi araşdırılır.

Oxşar xəbərlər