Sumqayıtda avtobusla qatar toqquşdu

Sumqayıt şəhərinin Haci Zeynalabdin qəsəbəsinin girişində ağır yol qəzası baş verib.

SOSİUM.az bizim.media-ya istinadla xəbər verir ki, həmin ərazidən keçən yük qatarı ilə sərnişin avtobusu toqquşub. Hadisə ölümlə nəticələnib.

Belə ki, qatarın hərəkətini tənzimləyən bələdçinin başı bədənindən ayrılıb. Qəza yerinə FHN əməkdaşları və hüquq mühafizə orqanının nümayəndələri cəlb edilib.

Oxşar xəbərlər