Novruz bayramı ərəfəsində əfv ola bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

SOSİUM.az xəbər verir ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Oxşar xəbərlər