Gülər Əhmədova da vəzifəyə təyin edildi

Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev sabiq deputat Gülər Əhmədovaya vəzifə verib.

SOSİUM.az xəbər verir ki, bu barədə bizim.media-ya açıqlamasında partiya sədri özü məlumat verib.

O, qeyd edib ki, G.Əhmədova bir neçə ay əvvəl partiyaya üzv qəbul edilib. Bu gün isə o, xarici məsələlər üzrə sədr müavini seçilib.

“Gülər Əhmədovanın vaxtilə Yeni Azərbaycan Partiyasında çox böyük xidmətləri olub. Lakin çox əfsuslar olsun ki, o, şərlənərək partiyadan uzaqlaşdırılıb. O, hər zaman dövlətçilik prinsiplərinə sadiq olub”.

“Biz belə qərara gəldik ki, bu cür təcrübəli insanı kənarda qoymaq olmaz. Düşünürəm ki, Gülər xanım Azərbaycan demokratiyasının inkişafı naminə Müasir Musavat partiyasına öz töhvələrini verəcək”.

Oxşar xəbərlər