Prezident hərbi qulluqçuları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

SOSİUM.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Abbasov Vurqun Arif oğlu – polkovnik

Cəbrayılov Rövşən Ata oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Məmmədov İlqar Aydın oğlu – general-mayor

İsmayılov Alim Şükür oğlu – polkovnik

Məmmədov Sahib Kamaləddin oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Eldar Muxtar oğlu – polkovnik-leytenant

İsmayılov Eyvaz Əvəz oğlu – polkovnik-leytenant

Məhərrəmov Zaur Barat oğlu – polkovnik-leytenant

Məmmədov Vüqar Təhməz oğlu – polkovnik-leytenant

Ələkbərov Rəşad Rafiq oğlu – mayor

Tağıyev Arzuman Nadir oğlu – kapitan

Qurbanov Elçin Yaşar oğlu – baş leytenant.

Oxşar xəbərlər