Ağdaşda maşın kanala aşıb: ölən var

Ağdaşda avtomobil kanala aşıb.

SOSİUM.az xəbər verir ki, martın 12-də saat 17 radələrində  Ağdaş rayonunun Xosrov kəndi ərazisində kənd sakini Z.Əlizadə idarə etdiyi “VAZ-21074” markalı avtomobili kanala aşırıb.

Nəticədə avtomobildəki sərnişin F.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər