603 yoluxma, 234 sağalma, 6 ölüm

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

SOSİUM.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6053 nəfərdir.

Ötən müddət ərzində 2 710 126 test aparılıb. Bugünkü test sayı isə 8945-dir.

Ekspertlər hesab edir ki, yoluxma sayının artması ilə əlaqədar olaraq yaxın günlərdə Operativ Qərargah qapanma qərarı verə bilər.

Oxşar xəbərlər