“Qoy onlar öz içlərində narahat olsunlar”

Xəbər verdiyimiz kimi bu gün Xalq yazıçısı Anarın doğum gündür.

SOSİUM.az xəbər verir ki, yazıçı moderator.az-a açıqlamasında doğum günüylə bağlı təəssüratlarını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə də təmtəraqlı qeyd etmirəm. Həftəsonu olduğu üçün ailəmlə birlikdə Lənkərana istirahətə gəlmişik. Hər şey qaydasındadır”.

Yazıçı zamanla onun istefasını tələb edən adamlara da səslənib:

“Növbəti yaşımın tamam olmasının kimisə narahat etməsinin mənim üçün heç bir fərqi yoxdur. Təki o adamlar öz içlərində narahat olsunlar, amma məni narahat etməsinlər”.

Oxşar xəbərlər