Toyuna hazırlaşan qız intihar etdi

Türkiyənin Qaziantep şəhərində dəhşətli intihar hadisəsi baş verib.

SOSİUM.az sfera.az-a istinadənxəbər verir ki, Dila Yıldırım adlı gənc tibb bacısı özünü başından güllələyərək intihar edib.

Təcili yardım xidmətində işləyən tibb bacısı həmin vaxt evdə tək olub. Silah səsini eşidən qonşular dərhal hadisə yerinə polis və təcili yardım çağırıblar. Xəstəxanaya çatdırılan Dilanın həyatını xilas etmək mümkün olmayıb.

Dila Yıldırımın nişanlı olduğu və toya hazırlaşdığı bildirilir. Onun son vaxtlar psixoloji problemlər yaşadığı da qeyd olunub.

Oxşar xəbərlər