“Davam” Moldova təşkilatı ilə əməkdaşlığa başlayır

Moldovanın aparıcı gənclər təşkilatlarından olan “Molodaya Qvardiya” İctimai Birliyi və “Davam” Gənclər Hərəkatı arasında görüş keçirilib.

SOSİUM.az xəbər verir ki, onlayn formatda baş tutan görüşdə “Molodaya Qvardiya”dan analitik informasiya şöbəsinin müdiri Nikita Romenskiy, “Davam”dan isə Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

Görüş zamanı təşkilatlar gələcək fəaliyyət planları və birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Tərəflər dostluq və səmərəli əməkdaşlıq münasibətlərin zəruriliyindən danışaraq yaxın günlərdə bu istiqamətdə birgə memorandum imzalamaq qərarına gəliblər.

Oxşar xəbərlər