Şahin Seyidzadə icma üzvləri ilə görüşdü

Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan rayonunda yaşayan “Molokan ruhani-xristian” dini icmasının nümayəndələri ilə görüş keçirib.

SOSİUM.az xəbər verir ki, 2000-ə yaxın əhalisi olan Xilmilli (Hilmilli) kəndində yaşayan “Molokan ruhani-xristian” dini icmasının üzvləri özünəməxsus adət-ənənələri, qonaqpərvərliyi və səmimiliyi ilə seçilir. 30-a yaxın üzvü olan icma özlərinə məxsus ibadət evində toplaşaraq, öz dini ritualları və bayramlarını keçirirlər.

Dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna, din xadimi Raxmanin Fyodr Fyodoroviç və icma üzvləri ilə görüşümüz zamanı əhəmiyyət kəsb edən mövzulara toxunuldu.

Molokan icmasına, dövlətin bu sahəyə olan diqqət və qayğısı Prezident İlham Əliyevin çıxışları zamanı qeyd etdiyi “Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya tolerantlıq və birgəyaşayış nümunəsini təqdim edirik” ifadələrində öz əksini tapır.

Oxşar xəbərlər