Rusiyada 12 vaqon relsindən çıxdı

Rusiyanın Çelyabinsk vilayətində kömürlə yüklənmiş 17 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla 05:20-də (Bakı vaxtı ilə 04:20) Sırostan-Xrebet ərazisində baş verib.

SOSİUM.az xəbər verir ki, bu barədə “İzvestiya” xəbər yayıb.

Qəzada zərərçəkənin olmadığı bildirilir. Ancaq dəmiryoluna zərər dəyib. Ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər