“Ayrıca xüsusi siyahı da tərtib edilməlidir”

“Bankların fəaliyyətində iki istiqamət önəm kəsb edir. Bunlardan biri məhkəmə qəraralarının çıxarılması, digəri isə həmin qərarların icrasıdır”.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfransda bildirib.

“Bu məsələlərin həlli istiqamətində Ədliyyə Nazirliyinin həm Qeydiyyat və Notariat Baş İdarəsi, həm də İcra Baş İdarəsi olduqca operativ şəkildə fəaliyyətlərimizin əlaqələndirilməsi, qarışıya çıxan problemlərin həlli istiqamətində işlər görür. Bu gün Qeydiyyat və Notariat Baş İdarəsi ilə əməkdaşlığımız bizim düşündüyümüzdən də önə keçib. Xüsusilə, bu sahədə informasiya texnologiyaların tətbiqi qeyd edilməlidir. Biz vərdiş etdiyimiz klassik yanaşmalardan deyil, yeni texnologiyaların tətbiqi ilə xeyli innovativ təkliflərin tətbiqinə nail olmuşuq. Burda daha aparıcı rolu Qeydiyyat və Notariat Baş İdarəsi oynayır”, – deyə o, qeyd edib.

Zakir Nuriyev bildirib ki, “Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. Onun əsasında bir çox nazirliklər ictimai qurumlarla – assosiasiyalarla, birliklərlə, konfederasiyalarla əməkdaşlıq edirlər.

“Bununla belə, qanunun əhatə etdiyi dövlət qurumlarının siyahısı ayrıca təsdiq edilməlidir. Bu günə qədər bu siyahı təsdiq edilmir. Şübhəsiz ki, Ədliyyə Nazirliyi bu siyahıda olub-olmamasından aslı olmayaraq sözügedən fəaliyyəti qanunda nəzərdə tutulmuş bütün aspektlərdə həyata keçirir. Eyni zamanda, bizim əlaqədə olduğumuz istənilən dövlət qurumu ilə bu cür ikitərəfli müqavilələrlə fəaliyyətimizi tənzimləyən hüquqi sənədlər yaradılıb. Bunun üçün fundamental sənəd mövcud olsa da, burada ictimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir”.

Oxşar xəbərlər