Rusiyadan səfirin çağırılması barədə

Mariya Zaxarova: “Məsləhətləşmələr yalnız XİN-də deyil, digər departamentlərdə keçiriləcək”

Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvaya dəvət edilməsinin səbəblərini açıqlayıb.

SOSİUM.az xəbər verir ki, bu barədə diplomat “Soloviev Live” “YouTube” kanalının efirində deyib.

Zaxarova Antonovun Rusiya ilə ABŞ arasındakı münasibətləri müzakirə etmək üçün çağırıldığını vurğulayıb: “Məsləhətləşmələr yalnız XİN-də deyil, digər departamentlərdə keçiriləcək”.

XİN rəsmisi Antonov ilə məsləhətləşmələrin vaxtının lazım olduğu qədər davam edəcəyini deyib. Qeyd edək ki, Antonov Moskvaya 20 martda gələcək. Rusiya XİN və digər departamentlərdə aparılan məsləhətləşmələr zamanı böhranda olan Rusiya-ABŞ əlaqələrini düzəltməyin yolları müzakirə ediləcək.

Oxşar xəbərlər