Neft hasilatı 2026-cı ilə qədər bərpa olunacaq

Azərbaycanda neft hasilatı OPEC+ sazişinin yumşalması ilə əlaqədar 2026-cı ildədək bərpa olunacaq.

SOSİUM.az bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda və Qazaxıstanda hasilatın bərpa olunması gözlənilir: “OPEC+ regionunda neft tədarükü 2022-ci ildə Qazaxıstanın “Tengiz” yatağının genişləndirilməsi və 2023-cü ildə Azərbaycanın “Şərqi-Mərkəzi Azəri” platformasının işə salınması ilə əlaqədar artacaq. “Karaçaqanak” və “Kaşaqan” yataqlarında hasilatın artırılması üzrə planlar təxirə salınıb”

BEA-nın proqnozlarına əsasən, OPEC+ sazişinin digər vacib iştirakçısı olan Rusiya neft hasilatını 700 barel/sutka və 2026-cı ilədək gündəlik hasilatı 11,3 milyon barelədək artıra bilər.

Oxşar xəbərlər