“Bundan kiçik dövlətlər əziyyət çəkəcək”

ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırması bu günə qədər görünməmiş bir hadisədir.

SOSİUM.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Daha sonra Aslan İsmayılov bildirib:

“Ayrılıqda götürsək, bu, tək bir dövlət başçısının başqa dövlət başçısını yox, həm də bu bir dövlətin başqa dövləti təhqiri kimi də qəbul etmək olar. Ancaq Rusiya, xüsusilə Putin başqa yol da qoymayıblar. Putinin hakimiyyətə gəldiyi ilk günlərdən siyasi rəqiblərini ölkə içində və xaricində qətlə yetirtməsi, Rusiyanın başqa dövlətlərin daxili işlərinə zorla qarışması, ərazilərinin işğal etməsi başqa yol da qoymayıb.

“Bu hadisələrdə ən acınacaqlısı odur ki, bu iki nəhəng dövlətin qarşıdurmasında əziyyəti daha çox kiçik dövlətlər, o cümlədən Azərbaycan çəkəcək. Ona görə də hamımız bölgədə vəziyyətin bilərəkdən gərginləşdirilməsinə hazır olmalıyıq. Mümkün olduğu qədər bu qarşıdurmadan yayınmaq, onda iştirak etməmək lazımdır”.

Oxşar xəbərlər