ABŞ Rusiyaya sanksiya tətbiq edəcək

“ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır”.

SOSİUM.az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. “TASS”-ın verdiyi məlumata görə, Amerika səlahiyyətliləri Rusiyanı ədalət mühakiməsinə çıxaracağını gözləyirlər.  “Bu barədə sizə yaxın vaxtlarda daha çox məlumat verəcəyik” dedi Psaki mətbuat üçün keçirdiyi brifinqində deyib.

Mətbuat katibi deyib ki, ABŞ başqa yollar axtarmayacaq: “Rusiyaya təzyiq göstərməyə davam edəcəyik. Strateqiyalarımızdan biri, taktikaları açıq şəkildə ortaya qoymaqdır ki, dünya Rusiya haqqında bütün həqiqətləri bilsin. Buna görə də bu hesabatı yayımladıq.

Qeyd edək ki, Bayden Rusiyanı Amerika demokratiyasına hücum etməkdə günahlandırmışdı.

Oxşar xəbərlər