Həbib karyerasını rəsmən başa vurdu

UFC çempionu Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.

SOSİUM.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt özünün Tvitter hesabında yazıb.

“O, 100 faiz rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi. Hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum”, – deyə Uayt qeyd edib.

Qeyd edək ki, Həbib peşəkar karyerasında keçirdiyi 29-cu döyüşün hamısında qələbə qazanıb.

Oxşar xəbərlər