Terrorçular Türkiyəyə iki raket atdılar

YPG/PKK tərəfindən atılan raketlər Kilisdə boş əraziyə düşüb.

SOSİUM.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriyanın YPG/PKK terrorçularının nəzarətində olan Tel Rıfat bölgəsindən Türkiyə ərazisinə iki raket atılıb.

Raketlər Türkiyənin Kilis vilayətində boş əraziyə düşüb. Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və çox sayda polis əməkdaşı cəlb olunub.

Şəhər rəhbərliyi və Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Oxşar xəbərlər