“Otuz il səbr etmişik, bir az da səbr edək”

“Komendantların icazəsi olmadan, şərti işarələr qoyulmuş təhlükəli ərazilərə daxil olmaq qadağandır. Otuz il səbr etmişik, bir az da səbr edək”.

SOSİUM.az bunu pravda.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov qeyd edib ki, işğaldan azad edilən torpaqlara qayıtmaq üçün səbrli davranmaq lazımdır:

“Vətən Müharibəsində qalib gəlməyimiz çox böyük hadisədir. Mülki şəxslərə minalanmış ərazilərə daxil olmaq qadağandır, ehtiyatı əldə vermək olmaz. Minatəmizləmə tədbirləri həyata keçirilir, məsələlərin öhdəsindən gəlmək üçün səbrli davranmalıyıq. Nə qədər ki ərazilər minalardan təmizlənməyib, orada hərbi vəziyyət davam edir. İşğaldan azad olunmuş ərazilərdə hər bir partlayış, hər belə xəbər ailələrə bədbəxtlik gətirir, insanları şikəst edir. Belə hallar hər kəsi üzür. Bu səbəbdən, çəkinmək lazımdır ki, həm özümüzə, həm də ailə üzvlərimizə bədbəxtlik gətirməyək”.

Oxşar xəbərlər