Komitənin sədri Barat Vüsalla görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair-publisist Barat Vüsalla Mədəniyyət Komitəsində görüşüb, onu 70 illik yubileyi münasibəti təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Barat müəllim,

Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

Sizin əsərlər oxucularınız tərəfindən həmişə maraqla qarşılanıb. Siz həmişə epos təfəkkürünə, etnoqrafik yaddaşa bağlılığınızla, vətəncanlılığınızla seçilmsiz. Çox şadam ki bu ilki yubileyinizi düşmən üzərində tarixi zəfərimizin sevinci, qüruru içində keçiririsiz.

Siz mədəni irsə, klassiklərə xüsusi sayğınız və məhsuldar yaradıcılığınızla seçilən aydınlarmızdansız.

“Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi”, “Kufə əhli” və b. kitablarınız gün üzü görüb. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına, bugünlərdə isə “Nizami Gəncəvi” mükafatına layiq görülmüsüz.

Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
Yubileyiniz mübarək olsun”!

Q.Paşayeva B.Vüsala Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

B.Vüsal səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Oxşar xəbərlər