40 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq

Azərbaycanda 40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına start verilib.

SOSİUM.az xəbər verir ki, “Azərbaycan Respublikasında “Covid-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, bu gündən 40 yaş və daha yuxarı şəxslərin “Covid-19” xəstəliyinə qarşı vaksinasiyasına başlanılır.

Artıq sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürə bilərlər.

Qeyd edək ki, randevu sistemində 40 yaş və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Oxşar xəbərlər