Gələn həftədən komitənin iclasları başlayır

Növbəti həftədən etibarən Milli Məclisin komitələri öz işinə başlayacaq.

SOSİUM.az xəbər verir ki, Novruz tətilindən sonra Milli Məclisin İnsan hüquqları komitəsində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, martın 10-da İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi” dinlənilib.

Növbəti həftələrdə isə parlamentin plenar iclasında Ombudsmanın hesabatının təqdim edilməsi gözlənilir.

Oxşar xəbərlər