Boğularaq öldürülən Pərvinin paylaşımı – VİDEO

 

Sosial şəbəkələrdə sevgilisinin boğaraq öldürdüyü Pərvinin görüntüləri yayılıb.

 

SOSİUM.az milli.az-a istinadən xəbər verir ki, TikTok-da yayılan videolarda Pərvinin şən və pozitiv anları əks olunub. Video qısa zamanda minlərlə dəfə izlənilib, paylaşım rekordu qırıb.Xatırladaq ki, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Oxşar xəbərlər