Koronavirus yenidən pik həddə yaxınlaşır

Azərbaycanda  son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan SOSİUM.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254 nəfərdir. Ölkədə son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.

Oxşar xəbərlər