Millimiz Portuqaliya ilə oyunda uduzdu

Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.

SOSİUM.az xəbər verir ki, A qrupunda yer alan Canni De Byazinin baş məşqçisi olduğu komanda sonuncu Avropa çempionu Portuqaliya ilə qarşılaşıb. İtaliyadakı “Yuventus” stadionunda keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qapıçısı Şahrudddin Məhəmmədəliyev rəqibin bir neçə real qol epizodunda komandamızı xilas edib.

A qrupunun digər qarşılaşmasında Serbiya İrlandiyanı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.

24 mart

23:45. Portuqaliya – Azərbaycan – 1:0
Qol: Maksim Medvedev, 37-avtoqol

23:45. Serbiya – İrlandiya – 3:2
Qollar: Brovne, 18 (0:1), Vlahoviç, 40 (1:1), Mitroviç, 69 (2:1), 75 (3:1), Kolins, 86 (3:2)

Oxşar xəbərlər