“Toy günü zala gedəndə paltarım cırıldı”

“Toyumdan bir neçə gün əvvəl xəbər yayıldı ki, məclis olmayacaq. Bilmədim niyə. Toy günü zala gedəndə paltarım cırıldı”.

SOSİUM.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Onun sirri” proqramında deyib. Aktrisa toyu günü dayısının vəfat etməsindən danışıb:

“Mənim xəbərim olmayıb. Bilmədən toy etmişəm. Dayım rayonda idi, toya gəlməmişdi. Mənim evimdə “Vağzalı” çalınanda, o evdən dayımın cənazəsi çıxırmış. Toy günü səhər dünyasını dəyişib, mənə deməyiblər. Məclis bitib evə gələndə dedilər”.

“Toppuş bacı” ləqəbli sənətçi gənclik illərində keçirdiyi ağır anlardan söz açıb:

“Tələbə vaxtı çox yerdə işləyirdim. Gedib un kisələrini boşaldır, yuyub, qurudub, təhvil verirdik və çek yazırdılar. Amma xəstələndim və pul qismətim olmadı. Qışda, soyuq su ilə onu yuyurduq, asırdıq. Gedib ev təmizləyirdim. Ondan sonra astma xəstəliyinə tutuldum”.

T.Əliyeva Əməkdar artist Yusif Mustafayevin onu Həcc ziyarətinə göndərməsindən danışıb:

“Yusif Mustafayev mənim mənəvi atamdır. Bir dəfə verilişimdə demişdi ki, Həcc ziyarətinə adamlar göndərəcəm. Üstündən aylar keçdi, bir gün zəng etdi ki, gəl. 3500 manat pul ödədi, təyyarəyə bilet aldı. Oğlu da gedirdi, onu avtobusla yolladı”.

Tünzalə ögey bacısı olması sualına belə cavab verib:

“Bəzən ailə sirri ailədə qalmalıdır. Bir-birimizi görmürük, heç vaxt da görməmişik. 10 yaşı olanda fotosun görmüşdüm. Rusiyada yaşayır. Atam anamdan əvvəl evli olub, Rusiyada yaşayıblar. O da Bakıya gəlməyib, atam da tək gəlib bura. Dövlət aliment kəsdiyi ana qədər atam ona pul göndərib”.

Oxşar xəbərlər