Azərbaycanlı milyarder Telman İsmayılova məxsus Ticarət Mərkəzi satışa çıxarılıb.
SOSİUM.az lent.az-a istinadən xəbər verir ki, Mərkəz ABŞ-ın Las-Veqas şəhərində yerləşirmiş.
Məlumata görə, Craig Valley Plaza adlanan Ticarət Mərkəzi İsmayılovun VTB banka olan borcuna görə, məhkəmə qərarıyla satılıb. Azərbaycanlı oliqarxın banka olan borcu 3 225 000 dollar təşkil edib.